Dele Alli Harri Keynin “Qızıl top” qələbəsinə kövrəlib
İngiltərə “Tottenhem”inin və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli uzun illər komanda yoldaşı olduğu Harri Keynin “Qızıl top” mükafatını qazanmasına emosional münasibət bildirib.
Sportify.az xəbər verir ki, Alli bu barədə “Twitch” yayımında etiraf edib:
“Heç kim bu mükafata ondan daha çox layiq deyil. Düzünü desəm, həmin an onun adına sevincdən az qala göz yaşlarımı saxlaya bilmirdim! Qardaş, bu oğlanın hər gün necə ağır çalışdığını bilirsən? O, bu mükafata hər kəsdən daha çox layiq idi. Kənardan kimin nə deməsi isə mənim üçün heç bir əhəmiyyət daşımır”.
Xatırladaq ki, İngiltərə millisinin 33 yaşlı kapitanı və “Bavariya”nın hücumçusu Harri Keyn karyerasında ilk dəfə Fransanın “France Football” nəşrinin versiyasına görə “Qızıl top”un sahibi olub.



No Comment! Be the first one.