“Qarabağ” “Dinamo Zaqreb”ə son dəqiqədə uduzdu
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, Ağdam klubunun gənclər komandası Çempionlar Yolunun ikinci mərhələsinin ilk matçında Xorvatiyanın “Dinamo Zaqreb” kollektivi ilə üz-üzə gəlib.
Bakıdakı “Azərsun Arena”da təşkil olunan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
15:30: “Qarabağ” (U-19) – “Dinamo” (U-19) – 1:2
Qollar: Viktor Ani Çidioke, 45 (pen.) – Yona Benkotiç, 67. Roko Ban, 90
Hakim: Karl Kopper (Estoniya)
Bakı, “Azərsun Arena
Komandalar arasında cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçiriləcək.



No Comment! Be the first one.