Jül Kunde “Barselona”dan ayrıla bilər
“Barselona”nın müdafiəçisi Jül Kunde klubdan ayrıla bilər.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçu ilə bağlı konkret təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir. Bu barədə jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı müdafiəçi “Barselona”nın toxunulmaz hesab etdiyi futbolçular sırasında yer almır. Klub rəhbərliyi konkret təkliflər daxil olacağı təqdirdə onun mümkün satışını müzakirə etməyə hazırdır.
Kundeyə maraq göstərən klublardan birinin “Çelsi” olduğu bildirilir. London təmsilçisinin mümkün transferin maliyyə tərəflərini araşdırdığı qeyd olunur. “Çelsi” 2022-ci ilin yayında da 27 yaşlı futbolçunun transferi uğrunda mübarizə aparıb, lakin həmin vaxt Kunde “Barselona”ya keçməyi üstün tutub.
“Barselona” hazırda Kundeni potensial gəlir mənbələrindən biri kimi nəzərdən keçirir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.