Dünya çempionatı: Güləşçimiz finalda YENİLƏNİB
Azərbaycanın bir sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, Arseniy Djioyev (86 kq) yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib.
Djioyev finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.
Giorgi Meşvildişvili (125 kq) yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə məğlub olub. O, bürünc medal uğrunda güləşəcək.
N.Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, K.Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.


No Comment! Be the first one.