"Böyük Dəbilqə": Hidayət yarımfinalda uduzdu YENİLƏNDİ
Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayıb.
Sportify.az xəbər verir ki, yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq) rumıniyalı Lusian Dumitreskunu, belçikalı Abdul Malik Umayevi və kosovolu Akil Cakovanı məğlub edərək yarımfinala yüksəlib. Hidayət bu mərhələdə tacikistanlı Masudi Ahmadcoda uduzub.
Kamran Süleymanov (73 kq) özbəkistanlı Zamohşari Bekmurodova uduzub.
Qadınların yarışında Südabə Ağayevə (70 kq) portuqaliyalı Tais Pinaya məğlub olub.
Xatırladaq ki, ötən gün Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) bürünc müdal qazanıb.



No Comment! Be the first one.