Şahmatçımız Avropa çempionu oldu
Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8-18 yaşadək yeniyetmələr arasında keçirilən Avropa çempionatında 8-ci tura yekun vurulub.
Sportify.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova Polşa şahmatçısı Klara Şotkanı məğlub etməklə fenomenal nəticə göstərib.
Bu, Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbə ilə başa vuran Azərbaycan şahmatçısı noyabrın 12-də baş tutacaq IX turun nəticələrindən asılı olmayaraq Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatında U-18 kateqoriyasında sonuncu qızıl medalı 2014-cü ildə Gürcüstanın Batumi şəhərində Ülviyyə Fətəliyeva qazanıb.



No Comment! Be the first one.