"Qarabağ"ın Antalyadakı rəqiblərindən biri bəlli oldu
“Qarabağ” qış təlim-məşq toplanışında Polşanın “Vidzev” komandası ilə qarşılaşacaq.
Sportify.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Polşa klubu qış hazırlığını Türkiyənin Antalya bölgəsindəki Belek qəsəbəsində keçirəcək. Komanda yanvarın 8-də toplanışa yollanacaq və ayın 22-dək burada məşq edəcək.
“Vidzev” yanvarın 15-də “Qarabağ”la üz-üzə gələcək. Lodz təmsilçisinin digər rəqibləri isə Macarıstanın “Pakş” (10 yanvar) və Sloveniyanın “Maribor” (21 yanvar) klubları olacaq.
Qeyd edək ki, “Vidzev”in qış toplanışı çərçivəsində keçirəcəyi üç yoxlama oyununun hamısı Belekdə baş tutacaq.



No Comment! Be the first one.