Ölümlə nəticələnən epizodun cəzası açıqlandı
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Andorra” klubunun qapıçısı Xesus Ovononu 12 oyunluq diskvalifikasiya edib.
Sportify.az xəbər verir ki, buna noyabrın 2-də İspaniya 2-ci liqasında “Tenerife” ilə keçirilən matçda baş verən və futbolçunun ölümü ilə nəticələnən hadisə səbəb olub.
Həmin qarşılaşmada Ovono rəqib komandanın hücumçusu Xesus de Migellə toqquşub. Qapıçı ayağını yuxarı qaldıraraq rəqibinə sərt zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Ağır xəsarət alan 30 yaşlı De Migel xəstəxanaya yerləşdirilsə də, ertəsi gün vəfat edib.
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi qapıçının hərəkətini ciddi qayda pozuntusu kimi qiymətləndirib. Nəticədə intizam qaydalarının 102-ci maddəsinə əsasən, Ovonoya mümkün olan ən ağır cəza – 12 oyunluq diskvalifikasiya verilib.
Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparır.


No Comment! Be the first one.