Azərbaycan klubunun oyunçusu turun ən yaxşısı seçildi
“LANDAU Lions” klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun ən yaxşı oyunçusu adına layiq görülüb.
Sportify.az xəbər verir ki, amerikalı basketbolçu İsveçrədə “Geneve De Lions”la keçirilən qarşılaşmada 34 xal, 2 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun effektivlik göstəricisi 30 olub.
Qeyd edək ki, “LANDAU Lions” sözügedən matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.