“Turan” “Murov Az Terminal” üzərində qələbə qazandı
Qadın voleybolçuların Super Liqasında IX turun növbəti qarşılaşması keçirilib.
Sportify.az xəbər verir ki, “Murov Az Terminal” VK-nın idman zalında eyniadlı komanda ilə “Turan” üz-üzə gəlib. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Super Liqa, IX tur
16 noyabr
“Murov Az Terminal” – “Turan” 0:3 (15:25, 13:25, 33:35)
Qeyd edək ki, Super Liqada növbəti oyun noyabrın 18-də keçiriləcək. Tovuz Olimpiya İdman Kompleksində baş tutacaq görüşdə “Turan” “Naxçıvan”la qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.



No Comment! Be the first one.