AFFA-dan Emin Mahmudova "66"
Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu – 66-cı matçına çıxması münasibətilə xüsusi hədiyyə verilib.
Sportify.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama görüşü başlamazdan əvvəl yarımmüdafiəçiyə üzərində 66 nömrəsi olan forma təqdim edib.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisində çıxış edən “Neftçi”nin futbolçusu keçirdiyi 66 oyunda 15 qol vurub.



No Comment! Be the first one.