Dünya çempionatında Elçin Məsiyevə ilk təyinat
Bu gün Qətərdə 17 yaşadək futbolçular arasında dünya çempionatına start veriləcək.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə 12 qrupun 4-də ümumilikdə 8 görüş keçiriləcək.
Azərbaycan mundialda 2 hakimlə – FIFA referisi Elçin Məsiyev və laynsman Elşad Abdullayevlə təmsil olunacaq. Onlar artıq ilk təyinatlarını alıblar.
D qrupunun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq Səudiyyə Ərəbistanı – Uruqvay matçında Məsiyev dördüncü hakim, Abdullayev isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Görüşün baş hakimi serbiyalı Miloş Milanoviç, yan xətt hakimləri isə onun həmyerliləri Milan Paşayliç və Nikola Coroviç olacaq. Oyun Əl Rəyyan şəhərindəki “Aspire Zone” stadionunda baş tutacaq.



No Comment! Be the first one.