Bu gün Azərbaycan Birinci Liqasında VIII tur start götürəcək.
Sportify.az xəbər verir ki, ilk gündə 3 qarşılaşma baş tutacaq.
Mərkəzi görüş Premyer Liqaya iddialı MOİK və “Səbail” arasında olacaq.
Hazırda MOİK 14 xalla 3-cü, “Səbail” 12 xalla 5-ci pillədə qərarlaşıb.
Günün digər matçında maliyyə problemləri yaşayan “Mingəçevir” autsayder “Baku Sportinq”i sınağa çəkəcək. Hazırda bolgə komandası 4 xalla 9-cu, paytaxt təmsilçisi 1 xalla sonuncu – 10-cu yerdə gedir.
Günün daha diqqətçəkən qarşılaşmasında isə “Xankəndi” və “Karvan-Yevlax” komandaları üz-üzə gələcək. Bu matç yeni istifadəyə verilmiş Xankəndi Stadionunda gerçəkləşəcək. Saat 16:00-da başlanacaq oyunu baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
“Xankəndi” rəhbərliyi Futbolun İnkişafı Fondu ilə birlikdə açılış matçından əvvəl konsert proqramı təşkil edib və oyunun bayram ovqatında təşkili üçün digər tədbirləri görüb.
Hazırda bu klub 6 xalla 7-ci, “Karvan-Yevlax” isə 13 xalla 4-cü yerdə gedir.
I Liqa, VIII tur
19 noyabr (cümə axşamı)
14:00 MOİK – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu
14:30. “Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
16:00 “Xankəndi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Xankəndi şəhər stadionu
20 noyabr (cümə)
14:00. “Şahdağ Qusar” – “Gəncəbasar”
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu
14:00. “Şimal” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu.



No Comment! Be the first one.