İtaliya klubu itlə müqavilə bağladı
İtaliyanın “Empoli” klubu itlə müqavilə bağlayıb.
Sportify.az xəbər verir ki, ölkənin ikinci divizionunda çıxış edən komanda Maui ləqəbli iti rəsmi olaraq öz maskotu elan edib.
Maui peşəkar futbolçular kimi müqavilə imzalama mərasimindən keçib. Ona klubun şərfi təqdim olunub və fotosessiya təşkil edilib.

Razılaşmaya əsasən, Maui bundan sonra klubun müxtəlif tədbirlərində iştirak edəcək, stadionun tribunalarında və mediada görünəcək. O, eyni zamanda “Empoli”nin canlı simvolu olacaq.
Qeyd edək ki, “Empoli” İtaliya B Seriyasında 11 turdan sonra topladığı 9 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb və hazırda aşağı liqaya düşmə zonasındadır.



No Comment! Be the first one.