“Bu yaxınlarda Azərbaycan millisi yeni dövrə qədəm qoydu. Bu da ondan ibarətdir ki, yığmada yalnız azərbaycanlılar oynayacaqlar”.
Sportify.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev Futzal Liqasının təqdimat mərasimində çıxışında deyib.
Fərəcullayev ilk ev oyununun Lənkəran Olimpiya İdman Kompleksində keçirildiyini xatırladıb: “Bu oyun böyük izdiham, böyük maraq oyatmışdı. Bundan sonra futzal AFFA-nın böyük prioriteti olacaq. Milliyə yeni dövrdə uğurlar arzulayıram. Çətin iş olacaq, amma əminəm ki, öhdəsindən gələcəyik”.
Baş katib yeni partnyorlar və şirkətlərin maraq dairəsində olduğunu da vurğulayıb. O, “Xırdalan” şirkəti ilə əməkdaşlıq edəcəklərini açıqlayıb.
AFFA rəsmisi Azərbaycan Futzal Liqası barədə də söz açıb: “Bu il çempionatın formatı dəyişir. Yeni komandalar iştirak edəcəklər. Onların hər birinə uğurlar arzulamaq istəyirəm. Bizi rəqəbətli, maraqlı, ədalətli turnir gözləyir”.



No Comment! Be the first one.