Futzal üzrə Yüksək Liqa və I Liqada legioner limiti tətbiq olunacaq.
Sportify.az xəbər verir ki, limit 2+3 şəklində olacaq.
Yəni meydanda eyni vaxtda 2 yerli və 3 legioner oyunçu yer ala bilər. Legionerlərdən biri mütləq qapıçı olmalıdır. Bu qayda yerli oyunçuların mütəzəm oyun təcrübəsi qazanmasına xidmət edir.
Bundan əlavə U-19 Liqası da olacaq. Gənc futzalçıların müntəzəm yarış təcrübəsi qazanması və bacarıqlarını inkişaf etdirməsi üçün yeni platforma yaradılır. Liqa əsas klublar və milli komandalar üçün perspektivli oyunçuların hazırlanmasına xidmət edəcək.


No Comment! Be the first one.