“Sumqayıt”dan daha bir transfer
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalanıb.
26 yaşlı oyunçu “55” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Lukas Blekin son klubu Braziliya “Ferroviario”su olub.



No Comment! Be the first one.