Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Avqustun 20-də Ekvadorun Quayakil şəhərində start götürəcək yeniyetmə cüdoçular arasında dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışa 9 çəki dərəcəsində 14 idmançı yollanacaq.
Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Pərvin Sevxanlı (44 kq), Könül Eyvazlı (48 kq) qızların, Fərid Rzazadə (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Yusuf Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq) oğlanların mübarizəsinə qatılacaq.
Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.



No Comment! Be the first one.