“Koventri”dən rekord transfer
Frank Lempardın çalışdırdığı “Koventri” Danimarka futbolu tarixinin rekord transferini gerçəkləşdirməyə hazırlaşır.
Sportify.az xəbər verir ki, İngiltərə təmsilçisi “Norşellann”ın qanalı yarımmüdafiəçisi Kaleb Jirenkini heyətinə qatır. Transferin dəyəri 27 milyon avro sabit ödəniş və 3 milyon avro bonus olmaqla ümumilikdə 30 milyon avroya çata bilər.
Bu keçid baş tutacağı təqdirdə Danimarka futbolu tarixinin ən bahalı transferi kimi qeydə alınacaq.
Məşhur insayder Fabritsio Romanonun bildirdiyinə görə, 20 yaşlı futbolçu artıq tibbi müayinədən uğurla keçib. Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.



No Comment! Be the first one.