Olimpiya çempionu “Sevilya”da
İngiltərənin “Bornmut” klubu İspaniyanın “Sevilya” komandasının sağ cinah müdafiəçisi, İspaniya millisinin heyətində Olimpiya çempionu olmuş Xuanlu Sançesin transferini rəsmən açıqlayıb.
Sportify.az yerli KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün “Sevilya”ya 11 milyon avro ödəyib. Tərəflər arasında 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xuanlu Sançes 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 35 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarında İspaniya yığmasının heyətində qızıl medal qazanıb.



No Comment! Be the first one.