Mourinyo şokda
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “Real Madrid”ə transferinin baş tutmamasının səbəbləri məlum olub.
Sportify.az xəbər verir ki, İspaniyalı jurnalist Serxio Valentinin iddiasına görə, transfer demək olar ki, yekunlaşmışdı. Rodri “Real Madrid”ə keçmək istəyirdi və klublar əsas şərtlər üzrə razılığa gəlmişdilər.
Lakin “Real Madrid”in baş skautu Juni Kalafat klub prezidenti Florentino Peresə transfer qiymətinin aşağı salına biləcəyini bildirib. Bundan sonra danışıqlar dayandırılıb və Madrid klubu endirim gözləməyə başlayıb.
“Mançester Siti” isə qiyməti endirməkdən imtina edib və futbolçunu digər klublara da təklif edib. Rodri yalnız “Real Madrid”ə keçmək istəsə də, Madrid təmsilçisi mövqeyini dəyişməyib.
Mənbənin yazdığına görə, Jorje Mendeş vəziyyəti Joze Mourinyoya çatdırıb və portuqaliyalı mütəxəssis baş verənlərə təəccüblənib.
Bu arada “Barselona”nın idman direktoru Deko Rodri ilə əlaqə saxlayıb. Baş məşqçi Hans-Diter Flik və futbolçunun İspaniya millisindəki komanda yoldaşları da transfer üçün fəallıq göstəriblər.
Beləliklə, “Real Madrid” indi Rodri uğrunda “Barselona” ilə rəqabət aparmalı olacaq. Daha əvvəl yayılan məlumatlarda isə futbolçunun Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunurdu.
Qeyd edək ki, bu məlumatlar hələlik tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.



No Comment! Be the first one.