Nik Perkins “Sabah”da
“Sabah” Basketbol Klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, klub ABŞ-dən olan basketbolçu Nik Perkins ilə 2 illik müqavilə imzalayıb.
203 sm boya malik Perkins həm “power forward”, həm də “center” mövqelərində çıxış edir. Zəngin beynəlxalq təcrübəyə sahib basketbolçu karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.
O, həmçinin İtaliyanın “Happy Casa Brindisi” klubunun heyətində FIBA Çempionlar Liqası və FIBA Europe Cup turnirlərində mübarizə apararaq Avropa basketbolunda əhəmiyyətli təcrübə qazanıb.



No Comment! Be the first one.