13 boksçu Avropa çempionatında
Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start veriləcək.
Sportify.az xəbər verir ki, 9 gün davam edəcək qitə birinciliyində Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.
Yarışda Azərbaycanı aşağıdakı boksçular təmsil edəcək:
– Əli Əliyev – 50 kq
– Nihat Qasımov – 55 kq
– Əli Baxışov – 60 kq
– Şahin Aslanov – 65 kq
– Rza Rzayev – 70 kq
– Adil Zalov – 75 kq
– Renat Qiyaslı – 80 kq
– Heydər Əzməmmədov – 85 kq
– Zaur Səmədov – 90 kq
– Səfdər Məmmədzadə – +90 kq
– Banuçiçək Nəsirli – 48 kq
– Gülər Hüseynova – 51 kq
– Əminə Tağıya – 54 kq
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Emil Qurbanəliyev və Asif Məmmədov hakim kimi fəaliyyət göstərəcəklər. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.



No Comment! Be the first one.