Rumıniyada 5 medal
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə ənənəvi “Yon Kornianu & Ladislav Simon” turniri keçirilib.
Sportify.az xəbər verir ki, memorial xarakterli yarışda Azərbaycanı yunan-Roma güləşi üzrə milli komandanın üzvləri təmsil edib.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında mübarizə aparan millimizin üzvləri turniri 5 medalla başa vurublar.
Belə ki, Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.
İlkin Qurbanov (63 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.



No Comment! Be the first one.