Abdullah Zubirdən “Qarabağ”a vida mesajı
“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubdan ayrıldığını açıqlayıb.
Sportify.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında 8 ildən sonra yeni səhifə açmağın vaxtının gəldiyini bildirib.
Fransalı oyunçu klub rəhbərliyinə, komanda yoldaşlarına, əməkdaşlara və xüsusilə baş məşqçiyə təşəkkür edib. O, bütün bu illər ərzində göstərilən etimada və dəstəyə görə minnətdarlığını ifadə edib.
Futbolçu azarkeşlərə və bütün Azərbaycana da xüsusi təşəkkürünü çatdırıb: “Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə oldu”.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində uzun illər ərzində mühüm uğurlara imza atıb. Zubirin karyerasını Qətərdə davam etdirəcəyi gözlənilir.



No Comment! Be the first one.