Valdas Dambrauskas: Komandalardan biri tarix yazacaq
“Əlbəttə, Çempionlar Liqasının pley-off mərhələsi həmişə xüsusi həyəcan doğurur. Klubumuz üçün isə bu mərhələdə iştirak etmək tarixində ilk dəfədir”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında deyib.
Litvalı mütəxəssis öz komandası ilə rəqibin bir-birinə bənzədiyini bildirib.
O, “Sabah”ın indiyə qədər favorit sayılmadığını, ancaq indiki yerə layiq olduqlarını qeyd edib: “Biz bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibimizi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazacaq və Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç favorit olmamışıq. Həmişə autsayder kimi görülmüşük. Eyni şeyi rəqib haqqında da demək olar. Amma gördüyümüz iş, sahib olduğumuz keyfiyyət və futbolçularımızın meydanda göstərdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etmişik.
Dambrauskas komandasını çox maraqlı mübarizənin gözlədiyini vurğulayıb: “Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Hər iki komanda futbol oynamaq, pressinq etmək və dominant olmaq istəyir. Hər iki tərəf ilk növbədə hücumu, sonra müdafiəni düşünür. Görək sabah bizi nə gözləyi. Biz Bakıdan bura gəlmişik. Bütün futbolçularımız sağlamdır və sabahkı oyuna hazırıq”.
Qeyd edək ki, bu gün Rumıniyanın Buxarest şəhərində keçiriləcək “Hapoel Beer Şeva” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


No Comment! Be the first one.