UEFA "Qarabağ"ın rəqibinə xəbərdarlıq etdi
“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan MOİK-i ilə keçirdiyi cavab görüşü ilə bağlı UEFA-nın intizam qərarı açıqlanıb.
Sportify.az xəbər verir ki, 30 iyul 2026-cı ildə keçirilmiş və 0:0 hesablı heç-heçə (penaltilərlə – 5:4) ilə başa çatmış qarşılaşmada ev sahiblərinə qarşı “komandanın düzgün olmayan davranışı”na görə UEFA İntizam Reqlamentinin 15-ci maddəsinin 4-cü bəndi ilə tədbir görülüb.
UEFA-nın İntizam, Etika və Nəzarət Orqanı MOİK-ə xəbərdarlıq edib.
Qeyd edək ki, Sofiyada baş tutan qarşılaşmada meydan sahibləri penalti seriyasında daha üstün olaraq, Avropa Liqasının III təsnifar mərhələsinə yüksəliblər. “Qarabağ” isə mübarizəni Konfrans Liqasında davam etdirməyə başlayıb.


No Comment! Be the first one.