Dünya çempionatında daha 2 medal
Slovakiyanın paytaxtı Bratislavada keçirilən U20 dünya çempionatının altıncı yarış günündə qadın güləşində 57 kq, 59 kq və 68 kq, sərbəst güləşdə isə 61 kq və 86 kq-da medalçılar müəyyənləşib.
Sportify.az xəbər verir ki, Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoyla qarşılaşıb.
İlk hissəni öndə başa vuran Qurbanova fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Nəticədə o, dünya ikincisi olub.
Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Məmmədova gümüş medalla kifayətləib.
Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.



No Comment! Be the first one.