150-ci darmadağın
Misli Premyer Liqasının 2026/2027 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.
Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.



No Comment! Be the first one.