"Sabah"ın Çempionlar Liqasındakı rəqibləri sabah bəlli olacaq
2026/2027 mövsümü UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də keçiriləcək.
Sportify.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçisi “Sabah”ın da rəqibləri müəyyənləşəcək.
Püşkatmanın səpələnmə səbətləri, mümkün qruplaşdırmalar və prosedurla bağlı məlumatlar mərasim günü Bakı vaxtı ilə saat 10:30-da açıqlanacaq.
Liqa mərhələsinin oyun cədvəli, görüşlərin tarixləri və başlama saatları isə ən geci avqustun 29-da elan olunacaq.
2026/2027 mövsümünün Çempionlar Liqasının liqa mərhələsində ilk oyunlar sentyabrın 8-də keçiriləcək.



No Comment! Be the first one.