Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bəlli oldu
Türkiyənin “Beşiktaş” klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportify.az-ın məlumatına görə, II təsnifat mərhələsindən mübarizəyə başlayan və bütün rəqiblərini keçərək liqa mərhələsinə yüksələn İstanbul təmsilçisi “Bayer Leverkuzen” (Almaniya), “Marsel” (Fransa), “Union” (Belçika), “Seltik” (Şotlandiya), “Kristal Pelas” (İngiltərə), “Omoniya” (Kipr), “Hapoel Beer-Şeva” (İsrail) və “Hoffenhaym” (Almaniya) ilə qarşılaşacaq.
“Beşiktaş” bu görüşlərin 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək:
Ev oyunları: “Marsel”, “Union”, “Kristal Pelas”, “Hapoel Beer Şeva”
Səfər oyunları: “Bayer Leverkuzen”, “Seltik”, “Omoniya”, “Hoffenhaym”
Qeyd edək ki, liqa mərhələsini ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutanlar isə pley-offda mübarizə aparacaq.


No Comment! Be the first one.