Rəşad Sadıqova qələbə gətirən yubiley oyunu
Misli Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Sportify.az xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.
44 yaşlı mütəxəssisin komandası bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Sadıqov 2020-ci ilin yayından rəhbərlik etdiyi komanda ilə 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.
Qeyd edək ki, Rəşad Sadıqovun Sadıqovun “Zirə”nin baş məşqçisi postunda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə gerçəkləşib – 1:1.


No Comment! Be the first one.