I Liqa: “Karvan-Yevlax”dən qələbə
Azərbaycan I Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Sportify.az xəbər verir ki, birinci turun ilk oyun günündə üç qarşılaşma keçirilib.
Binə qəsəbə stadionunda MOİK “Şahdağ Qusar”ı qəbul edib. Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 14-cü dəqiqədə J.Zenqo vurub.
“Baku Sportinq Arena”da keçirilən digər oyunda “Bakı Sportinq” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşmada qonaqlar 3:0 hesabı ilə qalib gəlib. “Karvan-Yevlax”ın heyətində S.Abdullayev (4-cü dəqiqə), E.Bayramov (54) və E.Sillas (80) fərqləniblər.
Şamaxı OİK stadionunda isə “Xankəndi” və “Səbail” komandaları qarşılaşıblar. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Səbail” R.Seyidovun 13-cü dəqiqədə vurduğu qolla hesabı açıb. “Xankəndi”nin bərabərlik qolunu isə 33-cü dəqiqədə M.Musazadə vurub.
Birinci turun digər iki oyunu sentyabrın 4-də keçiriləcək.
Şamaxı OİK stadionunda “Şimal” – “Gəncəbasar”, Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında isə “Mingəçevir” – “Zaqatala” qarşılaşmaları baş tutacaq. Hər iki görüş saat 17:00-da başlayacaq.
3 sentyabr (cümə axşamı)
17:00. MOİK – “Şahdağ Qusar” – 0:1
Qol: J.Zenqo, 14
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə
Binə qəsəbə stadionu
17:00. “Bakı Sportinq” – “Karvan-Yevlax” – 0:3
Qollar: S.Abdullayev, 4, E.Bayramov, 54, E.Sillas, 80
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev
“Baku Sportinq Arena”
17:00. “Xankəndi” – “Səbail” – 1:1
Qollar: M.Musazadə, 33 // R.Seyidov, 13
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov
Şamaxı OİK stadionu
4 sentyabr (cümə)
17:00. “Şimal” – “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Şamaxı OİK stadionu
17:00. “Mingəçevir” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)


No Comment! Be the first one.