Bakıda beynəlxalq triatlon yarışı start götürdü - FOTOLAR
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb.
Bu barədə Sportify.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimində Dövlət Himni səsləndirilib.
Bakıda keçirilən “ALUFAR IRONMAN 70.3 Baku” tədbiri çərçivəsində keçirilən yarışlarda 62 ölkədən 1500-dən çox idmançı iştirak edir. Azərbaycan 123 idmançı ilə təmsil olunur.
“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir. Yarışda iştirakçılar 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir
Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3 Baku” triatlon yarışı başlayıb.
Sportify.az xəbər verir ki, yarışda 62 ölkədən 1500-dən çox iştirakçı mübarizə aparır.
Azərbaycan yarışda 123 idmançı ilə təmsil olunur. Əsas yarışda 807 kişi və 197 qadın iştirak edir. Onlar 13 yaş kateqoriyası üzrə mübarizə aparırlar. Ən gənc iştirakçının 18, ən yaşlı iştirakçının isə 80 yaşı var.
“IRONMAN 70.3 Baku” çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda 47 komanda iştirak edəcək. Həmçinin ən aktiv üç klub mükafatlandırılacaq.
İştirakçılar 1,9 km üzgüçülük, 90 km velosiped və 21,1 km qaçış mərhələlərini qət edəcəklər.
Yarışın nəticələrinə əsasən, kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” dünya çempionatına vəsiqə qazanacaq.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.















No Comment! Be the first one.