"Mançester Yunayted" - "Sabah" matçının hakimləri bəlli oldu
UEFA Gənclər Liqasının Liqa mərhələsinin ilk turunda “Sabah” komandasının İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Sportify.az xəbər verir ki, görüş Belçikadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Simon Burdödüiyə Mişel Jeerolf və Yonas Van Dik yan xətt hakimləri qismində yardımçı olacaq.
Dördüncü hakim isə ingiltərəli olacaq.
Sentyabrın 10-da Li şəhərindəki “Li Sports Villic” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.



No Comment! Be the first one.