“Kəpəz” – “Qəbələ” matçında bir dəqiqəlik sükut
Sentyabrın 12-də Misli Premyer Liqasında V turun “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Sportify.az xəbər verir ki, bununla bağlı “Kəpəz” rəhbərliyinin PFL-ə müraciəti müsbət cavablandırılıb.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.


No Comment! Be the first one.