Mbappe Raula çatdı
İspaniya “Real Madrid”inin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə klubun sabiq forvardı Raul Qonsalesə çatıb.
Sportify.az xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “İnter”ə qarşı oyunda hesabı açıb.
Bununla da Mbappenin Çempionlar Liqasındakı qollarının sayı 71-ə yüksəlib. Forvard bu göstəriciyə Rauldan 43 oyun az keçirərək çatıb – fransalı 99, ispaniyalı isə 142 matçda 71 qol vurub.
Qeyd edək ki, Kilian Mbappedən Çempionlar Liqasının tarixində daha çox qol vuran futbolçular Kriştianu Ronaldu (140), Lionel Messi (129), Robert Levandovski (109) və Kərim Benzemadır (90).



No Comment! Be the first one.