“Sumqayıt”dan yeni transfer
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalanıb.
25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.


