"Sabah" millimizin futbolçusunu itirdi - VİDEO
“Sabah” komandasının və Azərbaycan millisinin futbolçusu Abdulax Xaybulayev zədələnib.
Sportify.az-ın məlumatına görə, bu, səfərdə “Sabah”a qarşı Misli Premyer Liqasının V tur matçında baş verib.
25 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə rəqib oyunçu ilə mübarizədə yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, oyuna davam edə bilməyib və əvəzlənməli olub. Meydana isə Rauf Rüstəmli girib.
Qeyd edək ki, “Sabah”ın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Abdulax Xaybulayev ikinci qolun müəllifi olub.



No Comment! Be the first one.