Mbappe PSJ-yə 60 min avro təzminat ödəyəcək
Paris Apellyasiya Məhkəməsi İspaniya “Real Madrid”inin futbolçusu Kilian Mbappenin Fransa PSJ-sinə 60 min avro təzminat ödəməsinə qərar verib.
Sporyify.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən ayrıldıqdan sonra klubdan ödənilməmiş əməkhaqqı və bonuslar üzrə 60 milyon avrodan çox vəsait tələb edib.
Futbolçu məsələ ilə bağlı əmək mübahisələri üzrə məhkəməyə müraciət edib. Onun nümayəndələri PSJ-nin hesablarındakı 55 milyon avronun müvəqqəti dondurulmasına da nail olublar.
Məhkəmədə əsas müzakirə mövzusu məhz bu aktivlərin dondurulması olub. PSJ hesabların dondurulmasının klubun maliyyə öhdəliklərini yerinə yetirməsində problem yarada və FİFA tərəfindən sanksiyalara səbəb ola biləcəyini bildirib.
Məhkəmə vəsaitlərin 45 gün müddətinə dondurulmasını nəzərə alaraq, Mbappenin PSJ-yə 60 min avro təzminat ödəməsinə qərar verib.



No Comment! Be the first one.