Yankauskas Azərbaycanla oyuna 16 legioner çağırdı - SİYAHI
Litva yığmasının UEFA Millətlər Liqasının yeni mövsümündə mübarizəyə başlayacaq heyəti açıqlanıb.
Sportify.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Edqaras Yankauskas 26 futbolçuya dəvət göndərib.
Onlardan 16-sı legionerdir.
Heyətə İtaliyanın “Kremoneze” klubunda çıxış edən və əsas komandada debüt edən Adrian Liçkunas ilk dəfə dəvət alıb.
Uzun fasilədən sonra Vıkintas Slivka, Arturas Doljnikovas, Faustas Steponaviçyus və Manfredas Ruzqis də milliyə qayıdıblar. Bundan başqa, zədəsini sağaldan Kipras Kazukolovas, eləcə də Baltika Kubokunu buraxmış Edvinas Gertmonas və Pijus Şirvis heyətə daxil edilib.
Litvalılar sentyabrın 24-də səfərdə Lixtenşteyn, sentyabrın 27-də evdə Azərbaycan, sentyabrın 30-da yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq. Komanda oktyabrın 4-də isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.
Litva millisinin heyəti:
Qapıçılar:
Dzyuqas Bartkus (“Al-Riffa”, Bəhreyn)
Edvinas Gertmonas (“Servett”, İsveçrə)
Tomas Şvedkauskas (“Kauno Jalgiris”)
Müdafiəçilər:
Vilius Armalas (“MTK Budapeşt”, Macarıstan)
Jiqimantas Baltrunas (“Suduvа”)
Dominikas Barauskas (“TransINVEST”)
Kipras Kazukolovas (“Astana”, Qazaxıstan)
Yustas Lasiçkas (“Riyeka”, Xorvatiya)
Rokas Lekiatas (“Kauno Jalgiris”)
Adrian Liçkunas (“Kremoneze”, İtaliya)
Pijus Şirvis (“Tsele”, Sloveniya)
Artemiyus Tutışkinas (“Tsele”, Sloveniya)
Edqaras Utkus (“Əl Xolud”, Səudiyyə Ərəbistanı)
Yarımmüdafiəçilər:
Moteyus Burba (“Kauno Jalgiris”)
Arturas Doljnikovas (“Slovatsko”, Çexiya)
Qvidas Gineytis (“Torino”, İtaliya)
Eligiyus Yankauskas (“Hapoel Rişon LeZion”, İsrail)
Vaydas Maqduşauskas (“Banqa”)
Lukas Mişelbrink (“Enerji Kotbus”, Almaniya)
Vikintas Slivka (“Kauno Jalgiris”)
Faustas Steponaviçius (“Suduvа”)
Domantas Şluta (“TransINVEST”)
Modestas Vorobyovas (“Saxnin”, İsrail)
Hücumçular:
Armandas Kuçis (“Tsele”, Sloveniya)
Manfredas Ruzqis (“Besa”, Albaniya)
İqnas Vençkus (“Banqa”)
Litva millisinin oyunları:
24 sentyabr — Lixtenşteyn – Litva
27 sentyabr — Litva – Azərbaycan
30 sentyabr — Litva – Andorra
4 oktyabr — Azərbaycan – Litva



No Comment! Be the first one.