Stadionu su basdı, matç təxirə düşdü - FOTO
İspaniya La Liqasının VI turunda “Levante” – “Atletik” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanın keçirilməməsi barədə qərarı baş hakim qəbul edib.
Oyunun yeni tarixi daha sonra açıqlanacaq.
Güclü yağış nəticəsində Valensiyadakı “Syudad de Valensiya” stadionunun yalnız meydanı və tribunaları deyil, tribunalaraltı sahələri də su altında qalıb.
“Levante” 5 turdan sonra 5 xalla turnir cədvəlinin 14-cü pilləsindədir. “Atletik” isə 7 xalla 9-cu yerdə qərarlaşıb.




No Comment! Be the first one.