"Mançester Yunayted" uduzdu, azarkeşi huşunu itirdi - VİDEO
İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşi oyun zamanı huşunu itirib.
Sportify.az xəbər verir ki, hadisə “Brayton”la Liqa Kubokunun III raund qarşılaşmasında baş verib.
Matçın əvvəllərində “qırmızı şeytanlar” Şey Leysinin 8-ci, Meyson Mauntun 10-cu dəqiqədə vurduğu qollarla hesabda irəli çıxıb. Lakin “Brayton” sonradan 3 qol vurub. Xaralambos Kostulas 45+1-ci, Paskal Qros 65-ci, Maksim De Köyper isə 70-ci dəqiqədə fərqlənib.
Məhz rəqib komandanın üçüncü qolundan sonra tribunadakı ayaq üstə olan “Mançester Yunayted” fanatı özündən gedib. O, qarşısındakı azarkeşlərin üstünə yıxılıb.
Dərhal azarkeşə köməklik göstərilib və vəziyyəti yoxlanılıb.
Hadisənin azarkeşin səhhətinə hansı təsiri olduğu barədə əlavə məlumat verilməyib.
🚨💣 MAJOR BREAKING: Manchester United fan spotted fainting after Brighton’s third goal! 😳📉
A Manchester United supporter was spotted collapsing in disbelief after Brighton scored their third goal to seal a dominant victory.
The shocking moment highlighted the pure…
— Topskills Sports UK (@topskillsportuk) September 16, 2026



No Comment! Be the first one.