Belarus VAR-ı 8 ildən sonra tətbiq etdi
Belarus çempionatında VAR sistemi tətbiq olunub.
Sportify.az xəbər verir ki, texnologiya ilk dəfə ötən həftəsonu Yüksək Liqanın Minsk “Dinamo”su ilə Brest “Dinamo”su arasındakı oyunda (0:1) istifadə edilib.
Qarşılaşmanın baş hakimi Amin Kurqheli olub. VAR sisteminin işinə Anton Laşuk və Yuri Xomçenko cavabdehlik edib.
Matçın yeganə qolunu 90-cı dəqiqədə Denis Kovaleviç vurub. 78-ci dəqiqədə meydana çıxan hücumçu komandasına qələbə qazandırıb. Görüş Minskdəki Milli Futbol Stadionunda keçirilib.
Belarus Futbol Federasiyası hazırda VAR sistemi ilə təchiz olunmuş iki xüsusi avtomobilə malikdir. Bu səbəbdən texnologiya ilkin mərhələdə hər turun yalnız bir və ya iki oyununda tətbiq olunacaq. Gələcəkdə isə VAR-ın çempionatın bütün oyunlarını əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, VAR sistemi 2018-ci ildə futbolun oyun qaydalarına rəsmi şəkildə daxil edilib. Beləliklə, Belarus bu texnologiyanı qaydalara daxil edilməsindən 8 il sonra ölkə çempionatında tətbiq etməyə başlayıb.



No Comment! Be the first one.