“Sabahın ulduzları” Bakı Kubokunda yarımfinalçılar müəyyənləşdi - FOTOLAR
“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların əsas mərhələsi başa çatıb.
Sportify.az xəər verir ki, yarışın əsasnaməsinə uyğun olaraq, qruplarda ilk dörd pilləni tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
U-14 yaş qrupunda yarımfinal oyunları sentyabrın 19-da keçiriləcək. Bu mərhələdə “Qarabağ” komandası “Ulduz”la, “Sabah” isə “Neftçi” ilə qarşılaşacaq.
İlk yarımfinal görüşü saat 17:00-da, ikinci oyun isə saat 19:00-da başlayacaq. Hər iki qarşılaşma Bayıl stadionunda – Futbol İnkişaf Mərkəzində keçiriləcək.
U-14. Yarımfinal
19 sentyabr
17:00. “Qarabağ” – “Ulduz”
19:00. “Sabah” – “Neftçi”




No Comment! Be the first one.