"Sabah"da ciddi itki: "Vikinq"ə qarşı oynamayacaq
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində IV turun “Vikinq”lə Norveçdəki oyununa itki ilə çıxacaq.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas bildirib.
Onun sözlərinə görə, yarımmüdafiəçi Velko Simiçin kiçik zədəsi var və xorvatiyalı legionerin 4 noyabr qarşılaşmasına hazır olması sual altındadır. Dambrauskas Simiçin “Vikinq”lə oyunda iştirak ehtimalının çox az olduğunu söyləyib.
Baş məşqçi digər futbolçu Umarali Raxmonaliyevin hazır olduğunu, lakin ona “Turan Tovuz”la Misli Premyer Liqasının X tur matçında istirahət vermək qərarına gəldiklərini bildirib.
Qeyd edək ki, “Sabah” bu gün Tovuz komandasına səfərdə 2:3 hesabı ilə uduzub.



No Comment! Be the first one.