Millimiz Estoniyada birinci oldu
Estoniyanın Rakvere şəhərində 15 yaşadək və 17 yaşadək yunan-Roma güləşçiləri arasında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərindən 7-si fəxri kürsüyə qalxıb.
U-17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.
Beləliklə, əldə olunan nəticələrə əsasən milli turniri komanda hesabında birinci pillədə başa vurub. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.



No Comment! Be the first one.