AFFA milli komandalarının baş məşqçilərini açıqladı – SİYAHI
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Qurumun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, namizədlərin təyinatı AFFA İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:
U-15 – Aleksandr Qross
U-16 – Famil Xəlilov
U-17 – Emin Mustafayev
U-18 – Mahmud Qurbanov
U-19 – Elgiz Kərəmli
Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.



No Comment! Be the first one.