Aksel Vitsel millidən getdi
Fransanın “Nitsa” klubunun futbolçusu Aksel Vitsel Belçika millisində karyerasını başa vurub.
Sportify.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu dəfə qərarının qəti olduğunu bildirib.
O, sosial şəbəkə hesabında gənclərə və yeni nəslə yol verməyin vaxtının çatdığını yazıb: “18 il ərzində özümü futbola həsr etdiyim üçün inanılmaz dərəcədə qürur duyuram. 18 yaşımda başlayanda belə zirvələrə çatacağımı təsəvvür edə bilməzdim. Həqiqətən inanılmaz anlar yaşadıq”.
Qeyd edək ki, Aksel Vitsel 2008-ci ildən Belçika millisinin formasını geyinib. O, yığmada 140 oyuna 12 qol vurub. Bu, Belçika millisinin tarixində ikinci ən yaxşı göstəricidir.
Yarımmüdafiəçi 2023-cü ildə milli karyerasını dayandırsa da, sonradan komandaya qayıdıb. Vitsel 2026-cı il dünya çempionatında Belçikanın heyətində iki oyunda meydana çıxıb.



No Comment! Be the first one.