Ayxan Abbasov: Penalti epizodu şübhəli idi
“Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının D divizionunun 2-ci qrupunda Litva ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
Mütəxəssis penalti epizodunun şübhəli olduğunu qeyd edib: Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq. Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək”.
A.Abbasov qrupda əsas hədəfin 1-ci yeri tutmaq olduğunu bildirib: “Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik”.
Onun sözlərinə görə milli üzvlərində özünəinam formalaşıb: “Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq”.
“Təəssüf ki, bəlkə də Mahirin Almaniyadakı klubunda az oynaması onu çox geriyə saldı. Mahir az oynayanda da mən ona inanmışam. Təəssüf ki, potensialı olan futbolçular barmaqla sayılacaq qədərdir. Bu gün Mahir o güvəni komandaya verir, komandanı öz üzərinə götürməyi bacarır. Digər futbolçular da bu yükü götürməlidirlər”, – deyə baş məşqçi vurğulayıb.
Onun sözlərinə görə, hazırda millidə çıxış edən futbolçular Azərbaycan dilində bir-birlərini yaxşı başa düşürlər: “Bədavi olə bilər başqa millətdəndir, lakin məni tərcüməsiz başa düşür. Biz bunu demək istəyir ki, o vaxt milliyə cəlb olunan legionerlər zamanı da yaxşı istedadlı uşaqlar var idi. Lakin onların qabağı kəsilirdi. Bu gün Şahruddin də ana dilini öyrənir”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də keçirəcək. Yığma saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynlə qarşılaşacaq.



No Comment! Be the first one.